Aİ-də Ben-Qvirə qarşı sanksiya tələbi: "Sumud" flotiliyası ətrafında gərginlik – ÖZƏL
11:54 DünyaAvropanın bir sıra ölkələri Qəzza zolağına doğru hərəkət edən "Sumud" propələstinli fəallar flotiliyasının saxlanılması zamanı baş vermiş insidentə görə İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvirə qarşı sanksiyaların tətbiq olunmasını tələb edir.
Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, buna nazirin "X" sosial şəbəkəsində İsrail hüquq-mühafizə orqanlarının fəallarla təhqiredici rəftarını əks etdirən video paylaşması səbəb olub. İsveç, Polşa və İtaliya kimi ölkələr nazirə qarşı təcili məhdudiyyətlərin tətbiqini və onun ölkəyə girişinin qadağan edilməsini dəstəkləsə də, Çexiya da daxil olmaqla bəzi dövlətlər buna qarşı çıxıb. Avropalı rəsmilər hesab edirlər ki, Ben-Qvir bu qalmaqallı videonu İsraildə keçiriləcək oktyabr seçkiləri öncəsi siyasi xal qazanmaq məqsədilə qəsdən yayımlayıb.
İsrail XİN-in məlumatına görə, aprel ayından bəri Qəzzanın dəniz blokadasını yarmaq və humanitar dəhliz yaratmaq məqsədilə hərəkət edən flotiliyanın bütün gəmiləri beynəlxalq sularda İsrail ordusu tərəfindən dayandırılıb və ümumilikdə 430 fəal saxlanılaraq Aşdod limanına gətirilib.