Yerin 108 metr dərinliyində GÖRÜN NƏLƏR tapıldı -30 ilin ən böyük KƏŞFİ

Argentinadakı And dağlarında ölkə üçün müsbət təsir yaradacaq mədən kəşfi edilib.

Musavat.com xəbər verir ki, son 30 ilin ən böyük mis ehtiyatı ilə yanaşı, yerin 108 metr aşağısında qızıl və gümüş yataqları da tapılıb.

Kanadalı mədən şirkəti Mogotes Metals "Filo Sur" adlı layihə sahəsində səthin cəmi 108 metr altında (təxminən 30 mərtəbəli bina dərinliyində) fasiləsiz mis, qızıl və gümüş zolağı aşkar etdiyini açıqlayıb.

Mədənçilik standartlarına görə səthə çox yaxın hesab edilən bu dərinlik çıxarma xərclərini ciddi şəkildə azaldacağı üçün artıq qlobal investorların diqqət mərkəzinə çevrilib və bölgəyə milyardlarla dollarlıq sərmayə cəlb etməyə başlayıb.

Kəşfi daha da diqqətçəkən edən əsas məqam onun yerləşdiyi ərazi olub. Yeni tapılan bu zəngin yataq son 30 ilin ən böyük mis ehtiyatı hesab edilən "Filo del Sol" yatağından 3 kilometrdən də az məsafədə yerləşir.

Mütəxəssislər And dağlarının bu bölgəsində tək və nəhəng bir mineral sisteminin uzandığını və iki layihənin eyni qaya strukturunun davamı olduğunu bildirirlər. Aparılan ilk qazma analizlərində hər ton üzrə yüksək miqdarda mis, qızıl və gümüş konsentrasiyası olan 86 metrlik fasiləsiz əsas damar müəyyən edilib.

Son illərdə beynəlxalq bazarlarda mis qiymətlərinin sürətlə yüksəlməsi qlobal güclərin və iri fondların bu cür zəmanətli ehtiyatlara sahib layihələrə yönəlməsinə səbəb olur. Mogotes Metals-in bu addımından sonra bölgədə istehsal proqramlarının sürətlənəcəyi və And dağlarındakı mədən yarışının yeni mərhələyə keçəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31