Böyük Britaniyanın Rusiya sanksiyalarını yumşaltması Gürcüstanda kəskin etiraza səbəb olub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin İnsan Hüquqları Komitəsinin sədri Rati İonatamişvili Londonun Rusiya neftinə tətbiq edilən sanksiyaları yumşaltması barədə yayılan xəbərləri sərt tənqid edərək, Böyük Britaniyanı ikili standartlarda ittiham edib. Deputat bildirib ki, bir vaxtlar Ukraynada sülhə mane olan Britaniya indi bir əli ilə Rusiyaya kömək edir, digər əli ilə isə Gürcüstandan özünü qurban verməyi tələb edir.

Qeyd edək ki, mediada Böyük Britaniyanın üçüncü ölkələrdə emal olunmuş Rusiya xam neftindən alınan təyyarə yanacağı və dizelin idxalına icazə verdiyi barədə məlumatlar yayılıb. Krallığın Baş naziri Kir Starmer isə sanksiyaların qüvvədə qaldığını, yeni qaydaların yumşalma deyil, sadəcə mərhələli istisnalar nəzərdə tutduğunu iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31