Moskvada anomal istilər - 129 illik rekord yeniləndi

Moskvada havanın temperaturu 129 illik rekordu yeniləyib. 

Qafqazinfo  xəbər verir ki, Rusiya paytaxtında havanın temperaturu müsbət 30 dərəcəyə çatıb ki, bu da mayın 20-si üçün 129 il əvvəl müəyyən olunmuş rekordu yeniləyib.

Qeyd edək ki, davam edən isti hava şəraiti ilə əlaqədar olaraq, mayın 18-dən 22-dək Moskva və Moskvaətrafı bölgədə narıncı xəbərdarlıq elan edilib. Moskva metropolitenində ardıcıl 3 gündür sərnişinlərə pulsuz su paylanması həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31