Tsarukyan: "Paşinyanın davranışları ictimai dəstəyi itirməsindən və sonunun gəlməsindən xəbər verir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan baş nazir Nikol Paşinyanın son bəyanatlarını şərh edərək, onun müxalifət liderlərinə qarşı təhqiramiz və təxribatçı ritorikasını daxili siyasi vəziyyət və xalqın dəstəyini itirməsi ilə əlaqələndirib. 

Tsarukyan qeyd edib ki, Paşinyanın keçirdiyi sorğular reytinqinin düşdüyünü göstərir və hakimiyyəti dövründə verdiyi heç bir vədi, o cümlədən Qarabağ məsələsinin nizamlanması və cərimələrin ləğvini yerinə yetirməyib. Müharibənin də məhz mövcud hakimiyyətin siyasəti ucbatından başladığını deyən partiya sədri, Paşinyanın əvvəlcə İlham Əliyevi təhqir edərək ölkəni məğlubiyyətə və torpaq itkisinə sürüklədiyini, ardınca isə ondan üzr istədiyini vurğulayıb. 

Eyni zamanda, kürəkəni və qızının mülkləri ilə bağlı ittihamların siyasi məqsəd daşıdığını və süni şəkildə şişirdildiyini bildirən Tsarukyan, ölkə üçün əsas təhlükənin Əliyev və Paşinyan olduğunu, xalqın isə real sülh, investisiya və layiqli həyat istədiyini diqqətə çatdırıb.(?)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31