ABŞ qoşunlarının Avropada yenidən yerləşdirilməsi bir neçə həftə çəkə bilər- ÖZƏL
12:32 DünyaPolşanın Müdafiə Nazirliyi ABŞ qoşunlarının Avropada yenidən yerləşdirilməsi planının bir neçə həftə davam edə biləcəyini bildirib. Olaylar.az xəbər verir ki, müdafiə naziri Vladislav Kosinyak-Kamışın sözlərinə görə, proses yaxın günlər və həftələr ərzində həyata keçiriləcək.
O, ABŞ tərəfinə istinadla qeyd edib ki, bu dəyişikliklər Polşadakı kontingentin azalması demək deyil və əksinə, gələcəkdə ABŞ hərbçilərinin daimi mövcudluğunun artmasına ümid var.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi isə Avropada yerləşdirilən briqada döyüş qruplarının sayının dörddən üçə endirildiyini və bunun Polşaya qoşunların rotasiyasında gecikməyə səbəb olacağını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31