Paşinyan Rusiyanın adamını BELƏ VURDU

Ermənistan baş naziri Nikol Paşinyan Qaqik Çarukyanla əlaqəli olan "Ararat" sement zavodunun milliləşdiriləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Baş Prokurorluq artıq müəssisənin dövlətə təhvil verilməsi barədə hökumətə məktub göndərib.

Paşinyan həmçinin Çarukyanı və Samvel Karapetyanı kəskin tənqid edib.

Baş nazir çıxışında Karapetyanın Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinə dair mətbuatda yayılan nəşrlərə də toxunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31