Kaxa Kaxişvili: "Siyasətdə vəzifə və hakimiyyət müvəqqətidir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü arzusu" partiyasının keçmiş deputatı Kaxa Kaxişvili "Facebook" səhifəsində siyasətin mürəkkəb və amansız təbiətindən bəhs edən geniş məqalə paylaşıb. 

Keçmiş deputat qeyd edib ki, hakimiyyət, vəzifə və saxta şöhrət müvəqqətidir, insan postunu və təsir imkanlarını itirdikdə ətrafındakı bir çox maraqlı şəxslər, deputatlar və iş adamları da sürətlə yox olurlar. 

Siyasətdə tez-tez səmimiyyət pərdəsi arxasında soyuq hesabatların və xəyanətlərin gizləndiyini vurğulayan Kaxişvili bildirib ki, əsl güc insanların qorxusunda deyil, onların səmimi sevgisindədir. Sokrata istinad edərək insanı hakimiyyətdə ikən tanımağın ən çətin məsələ olduğunu xatırladan siyasətçi, vəzifənin Tanrı tərəfindən verilmiş bir sınaq olduğunu və insana yalnız xeyirxahlıq etmək imkanı qazandırdığını vurğulayıb. 

Sonda o, insanın adını qoruyan amilin vəzifə və ya pullar deyil, yalnız şərəf, vicdan və ləyaqət olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31