Kaladze: “Nifrət dilinə və təhqirlərə son qoyulmalıdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Kaxa Kaladze bildirib ki, nifrət dili ilə mübarizə üzrə xüsusi idarənin yaradılması vacib qərardır və bu yanaşma hər kəsə eyni şəkildə tətbiq olunacaq.

Tbilisi meri qeyd edib ki, son illərdə ictimai məkanda məqsədli təhqir, böhtan və yalan məlumatların yayılması halları artıb. Onun sözlərinə görə, tənqid demokratik prosesin bir hissəsidir, lakin təhqir və söyüş qəbuledilməzdir.

Kaladze etiraf edib ki, bəzi hallarda özü də sərt ifadələr işlədib, lakin bunu özünümüdafiə ilə əlaqələndirib. O vurğulayıb ki, cəmiyyətdə fərqli fikirlər ola bilər, amma bütün müzakirələr sivil formada aparılmalı və insanlar bir-birinə hörmət etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31