Kaliforniyada onminlərlə insan təxliyə edildi
15:33 DünyaAmerikanın Kaliforniaya ştatında meşə yanğınları genişlənərək yaşayış məntəqələrinə doğru irəliləyib.
Milli.Az xəbər verir ki, Los-Ancelesə yaxın Santa Susana və Simi Vadisi bölgələrində təhlükənin artması səbəbindən onminlərlə sakin təxliyə edilib.
Rəsmilərin məlumatına görə, ən böyük yanğın ocağı təxminən 6000 hektardan çox ərazini əhatə edir və güclü külək alovun sürətlə yayılmasına şərait yaradır.
Artıq bir neçə yaşayış evinin zərər gördüyü bildirilir, lakin xəsarət alanlarla bağlı rəsmi məlumat hələ yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31