İndoneziyada korrupsiya ittihamı ilə mühakimə olunan keçmiş məmurdan ironik açıqlama- ÖZƏL
12:37 DünyaOlaylar.az xəbər verir ki, İndoneziyanın keçmiş əmək nazirinin müavini İmmanuэль Ebenezer Gerunqan korrupsiya işi üzrə məhkəmə zamanı ironik açıqlaması ilə diqqət çəkib.
3 milyard İndoneziya rupisini (təxminən 170 min dollar) mənimsəməkdə ittiham olunan sabiq məmur bildirib ki, əgər prokurorluğun ona 5 il həbs istəyəcəyini bilsəydi, "daha çox vəsait mənimsədərdi".
O, özündən 25 dəfə çox məbləğdə korrupsiyada ittiham olunan başqa bir məmura cəmi 6 il həbs cəzası istənilməsini misal göstərərək bunu "məntiqsiz" adlandırıb.
Gerunqan Əmək Nazirliyində əmək təhlükəsizliyi sertifikatlarının verilməsi ilə bağlı korrupsiya və rüşvət işi üzrə mühakimə olunur. Prokurorluq onun üçün həbs cəzası ilə yanaşı, əlavə kompensasiya ödənilməsini də tələb edir.
Keçmiş məmur məhkəmə prosesinə hörmət etdiyini və növbəti iclasda müdafiə çıxışı edəcəyini bildirib.