Ukrayna hökuməti Aİ-nin NABU və SAP-la bağlı tələbini antikorrupsiya strategiyasından çıxardı- ÖZƏL
10:51 DünyaUkrayna hökuməti Avropa İttifaqının Milli Antikorrupsiya Bürosunun- Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun- Ukrayna Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı tələbini yeni antikorrupsiya strategiyası layihəsindən çıxarıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın Antikorrupsiya Komitəsinin rəhbəri Anastasiya Radina məlumat verib. O bildirib ki, Baş nazir Yuliya Sviridenko rəhbərliyindəki hökumət "əsas avrointeqrasiya vədlərinə məhəl qoymayıb".
Radinanın sözlərinə görə, Nazirlər Kabinetinin təqdim etdiyi strategiya layihəsində nə baş prokurorun təyinatı üzrə islahatlar, nə də Dövlət İstintaq Bürosunun rəhbərinin müstəqil müsabiqə yolu ilə seçilməsi ilə bağlı müddəalar yer alıb. O əlavə edib ki, hökumət SAP-a baş prokurorun razılığı olmadan prosessual hərəkətlər həyata keçirmək səlahiyyəti verilməsini də sənəddən çıxarıb.