Qətərin müharibədən əvvəlki səviyyəsinə qayıtmasına illər lazım olacaq

Hətta Hörmüz boğazı sabah açılsa belə, Qətərin neft hasilatını müharibədən əvvəlki (ABŞ-İsrail-İran münaqişəsi nəzərdə tutulur-red) səviyyəyə qaytarması üçün, illər lazım olacaq.

Olaylar.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Bildirilib ki, boğazdan yan keçməyə imkan verən boru kəmərlərinə malik olan Səudiyyə Ərəbistanı və BƏƏ-dən fərqli olaraq, Qətər üçün coğrafi baxımdan karbohidrogenlərin alternativ ixrac yolları məhduddur. İranın tətbiq etdiyi blokadadan 24 saat sonra dövlət enerji şirkəti "QatarEnergy" müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyini elan edib.

Analitiklərin qiymətləndirməsinə görə, "QatarEnergy" müharibənin əvvəlindən artıq milyardlarla dollar itirib və boğaz bağlı qaldığı hər gün itirilmiş gəlir və gəmilərin fraxt ödənişləri səbəbindən daha yüz milyonlarla dollar zərər görür.

Beynəlxalq Valyuta Fondu Qətər iqtisadiyyatının bu il 8,6 faiz geriləyəcəyini proqnozlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31