DƏHŞƏT: 15 yaşlı qız evində güllələnmiş halda tapıldı
15:57 DünyaTürkiyənin Diyarbəkir vilayətində 15 yaşlı qızın ölümü ilə bağlı araşdırma başladılıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Çinar rayonunun Harabe kənd məhəlləsində yaşayan 15 yaşlı Hülya Asar evində qarın nahiyəsindən güllə yarası almış vəziyyətdə ölü tapılıb.
Məlumata görə, hadisə mayın 15-də səhər saatlarında baş verib. Qohumları Hülya Asarı evdə qan içində gördükdən sonra vəziyyət barədə təcili yardıma məlumat veriblər.
Hadisə yerinə gələn səhiyyə və jandarma əməkdaşları yeniyetmənin həyatını itirdiyini müəyyən ediblər. Aparılan ilkin müayinədə onun qarın nahiyəsindən odlu silahla vurulduğu bildirilib.
Hülya Asarın meyiti yarılma aparılması üçün Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərilib. Daha sonra cəsəd ailəsinə təhvil verilərək dəfn olunub.
Hadisə ilə bağlı istifadə olunduğu ehtimal edilən silah götürülüb. İstintaq çərçivəsində bəzi ailə üzvləri saxlanılaraq ifadələri alınıb, lakin sonradan sərbəst buraxılıblar.
Jandarma tərəfindən hadisənin bütün detalları ilə araşdırıldığı bildirilib.