ABŞ-ın xüsusi elçisi: Qrenlandiyaya “dost qazanmaq” üçün gəlmişəm- ÖZƏL

ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi, Luiziana ştatının qubernatoru Ceff Lendri bildirib ki, adaya səfərinin məqsədi "dost qazanmaq" və münasibətləri inkişaf etdirməkdir. Olaylar.az xəbər verir ki, o, Danimarkanın DR telekanalına açıqlamasında qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ona Qrenlandiyaya gedərək mümkün qədər çox dost qazanmağı tapşırıb.
Lendrinin sözlərinə görə, səfər ABŞ administrasiyasının Qrenlandiyanı öz tərkibinə qatmaq istəyi ilə bağlı deyil. O bildirib ki, məqsəd Qrenlandiya, ABŞ və Danimarka arasında əlaqələrin inkişaf imkanlarını araşdırmaq, müşahidələr aparmaq və tərəfləri daha yaxından tanımaqdır.
Məlumata görə, amerikalı nümayəndə mayın 19-20-də Qrenlandiyanın paytaxtı Nuuk şəhərində keçiriləcək "Future Greenland" biznes konfransında iştirak edəcək. Bu, onun vəzifəyə təyin olunmasından sonra adaya ilk səfəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31