İraqda İsrailin iki gizli hərbi bazasının olduğu məlum olub – ÖZƏL
11:34 DünyaOlaylar.az xəbər verir ki, "The New York Times" (NYT) qəzetinin İraq və region rəsmilərinə istinadən yaydığı məlumata görə, İraq bir ildən çoxdur ki, öz ərazisini gizli şəkildə İsrailin iki hərbi bazasının yaradılması üçün istifadəyə verib. İsrail hərbçilərinin bazalardan birinin tikintisinə 2024-cü ilin sonunda başladığı bildirilir.
Nəşr qeyd edir ki, ABŞ rəsmi Bağdaddan onun ərazisində üçüncü bir dövlətin qoşunlarının yerləşdiyini gizlətmiş ola bilər və bu faktın açılması Vaşinqtonun Yaxın Şərqdəki nüfuzunu ciddi təhlükə altına qoyur. Məlumata görə, İraq hərbçiləri bazalardan birini uzaqdan müşahidə edərək ABŞ-dən izahat tələb etsələr də, cavab ala bilməyiblər. Hətta obyektə yaxınlaşmağa çalışan İraq ordusunun bir bölməsi atəşə tutularaq geri çəkilməyə məcbur olub. İraqın qərbindəki səhrada yerləşən ikinci gizli bazanın varlığı rəsmilər tərəfindən təsdiqlənsə də, onun dəqiq koordinatları hələlik məlum deyil.