Mosvkada leysan yağışlar: bəzi küçələr su altında qalıb (VİDEO)

 

Rusiyanın paytaxtı Moskvada güclü leysan bəzi küçələri sualtında qoyub. Moskvalılar sosial şəbəkələrdə əlverişsiz hava şəraitinin nəticələrini əks etdirən videolar paylaşıblar. Kadrlarda ildırım çaxmaları və yollarda yaranmış iri gölməçələr görünür.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir

Paytaxtın şəhər təsərrüfatı kompleksi gün ərzində yağış, şimşək, dolu və güclü küləklə bağlı xəbərdarlıq etmişdi. Qurum sakinlərə ağacların altında sığınmamağı və avtomobilləri onların yaxınlığında park etməməyi tövsiyə edib. Paytaxtın FHN idarəsi sürücülərə hərəkət sürətini azaltmağı, öndə gedən nəqliyyat vasitələri ilə məsafəni artırmağı və qəfil manevrlərdən yayınmağı, piyadalara isə reklam lövhələri və dayanıqsız konstruksiyalardan uzaq durmağı məsləhət görüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31