Gürcüstan parlamentinin sədri 20 ildən sonra ilk dəfə Çinə rəsmi səfərə gedib – ÖZƏL
10:23 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb. Parlamentin mətbuat xidmətinin yaydığı məlumata görə, bu, son 20 ildə Gürcüstan parlament sədrinin Çinə reallaşan ilk rəsmi səfəridir.
Səfər çərçivəsində Şalva Papuaşvilinin yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır. Sədrin rəhbərlik etdiyi nümayəndə heyətinə parlament sədrinin müavinləri Giorgi Volski, Nino Tsilosani, Sozar Subari, həmçinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze və aqrar məsələlər komitəsinin sədri Gela Samxarauli daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31