Çində güclü zəlzələ: Ölənlər və dağıntılar var
10:17 DünyaChinaın cənubundakı Quansi-Çjuan muxtar rayonunda 5.2 maqnitudalı zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, Liuzhou şəhəri yaxınlığında qeydə alınan yeraltı təkanlar nəticəsində azı iki nəfər həyatını itirib, 13 yaşayış binası uçub.
Hadisədən sonra 7 mindən çox sakin təxliyə olunub, dörd nəfər xəstəxanaya yerləşdirilib.
Zəlzələnin ocağının 8 km dərinlikdə yerləşdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31