İranda dərman qıtlığı yaranıb
20:06 Dünyaİranda antibiotiklər və sonsuzluğun müalicəsində istifadə olunan preparatlar da daxil olmaqla bir sıra dərman vasitələrinin qıtlığı qeydə alınıb.
Olaylar xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Agentliyin məlumatına əsasən, apteklərdə "Cldinium-C", "Asentra", bəzi antibiotiklər və süni mayalanma (EKO) zamanı istifadə olunan estradiol valerat preparatı çatışmır.
Dərman qıtlığı fonunda preparatların qiyməti kəskin artıb. Belə ki, rəsmi qiyməti təxminən 840 min rial olan "estradiol valerat" qeyri-rəsmi bazarda 5-17 milyon riala satılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31