Datunaşvili: "Güclü Gürcüstan – Lelo" birliyinin məqsədi İvanişvili rejiminə qarşı olan əksəriyyəti seçkiyə gətirməkdir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" birliyinin liderlərindən biri Tazo Datunaşvili bəyan edib ki, müxalifət koalisiyasının əsas məqsədi hazırkı hakimiyyətə, yoxsulluğa və kleptokratiyaya qarşı olan seçicilərin mütləq əksəriyyətini seçki məntəqələrinə cəlb etməkdir. 

Bəzi müxalif həmkarlarının seçkiləri boykot etmək yanaşmasını tənqid edən Datunaşvili Gürcüstanın müasir tarixinə nəzər salaraq bildirib ki, ölkədə hakimiyyət dəyişən zaman seçkilər heç vaxt müxalifətin xeyrinə olmayıb və saxtakarlıqlarla müşayiət olunub. Buna baxmayaraq, xalqın mütləq əksəriyyətinin səsvermədə iştirakı sayəsində qalib gəlməyin mümkün olduğunu vurğulayan siyasətçi, Macarıstandakı son prosesləri və Gürcüstanda 2012-ci ildə baş vermiş hakimiyyət dəyişikliyini nümunə çəkərək, bu dəfə də xalqın iradəsi ilə rejimin məğlub ediləcəyinə əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31