Modi: Hindistan Yaxın Şərqdə sülh üçün hər cür yardım göstərəcək- ÖZƏL
13:06 DünyaHindistan Yaxın Şərqdə sülhün bərqərar olması üçün mümkün olan hər hansı bir yardımı göstərməyə hazırdır. Olaylar.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə nümayəndə heyəti səviyyəsində danışıqlar zamanı bildirib. Modi beynəlxalq normalara riayət etməyin vacibliyini qeyd edərək bildirib ki, "Yaxın Şərqdəki müharibənin nəticələri bu gün bütün dünyada hiss olunur. Hindistan problemlərin həllində həmişə dialoqa və diplomatiyaya böyük əhəmiyyət verib".
Baş nazir əlavə edib ki, "Hindistan istənilən vəziyyətdə BƏƏ ilə çiyin-çiyinə dayanır və bunu davam etdirəcək. Hindistan sülhün və sabitliyin bərpası üçün bütün mümkün yardımı göstərəcək".
"BƏƏ-yə edilən hücumları qətiyyətlə pisləyirik. BƏƏ-yə qarşı görülən tədbirlər heç bir şəkildə qəbuledilməzdir", - deyə o bildirib.