Nino Silosani: Avropa Parlamenti azad sözü boğmaqla Sovet İttifaqını xatırladır – ÖZƏL
12:45 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin vitse-spikeri Nino Silosani Avropa Parlamentinin "İmedi" telekanalına qarşı sanksiya tətbiq etmək və üç Gürcüstan mediasının qurum daxilində fəaliyyətinə birillik qadağa qoymaq qərarını kəskin tənqid edib. O, bu addımı azad sözün boğulması və senzura cəhdi adlandıraraq, Avropa İttifaqı institutlarının getdikcə daha çox Sovet İttifaqına bənzədiyini bildirib.
Silosaninin sözlərinə görə, müstəqil mediaya qarşı atılan bu addım bütün beynəlxalq standartları pozur və Avropa Parlamenti üçün növbəti bir "anti-rekord" hesab olunur. Vitse-spiker bu qərarın ədalətsiz olduğunu və Avropanın demokratik dəyərlərdən uzaqlaşdığını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31