Lavrovdan İrəvana xəbərdarlıq: "Ermənistan Aİİ-dəki bütün imtiyazlarını itirə bilər" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın xarici siyasət kursunu tənqid edərək, İrəvanın Avropa İttifaqına yaxınlaşmasının ciddi iqtisadi nəticələri olacağını bəyan edib.

Rusiya diplomatiyasının rəhbəri bildirib ki, Avropa İttifaqı Ermənistanı öz təsir dairəsinə (orbitinə) çəkməyə çalışır. Lavrovun sözlərinə görə, bu proses İrəvan üçün riskli xarakter daşıyır. O qeyd edib ki, Qərbin vədlərinə uyan Ermənistan Avrasiya İqtisadi Birliyi (Aİİ) çərçivəsində sahib olduğu bütün iqtisadi üstünlükləri və imtiyazları itirmək təhlükəsi ilə üz-üzədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31