İndoneziya XİN başçısı: BRICS üçün güclü iqtisadi və enerji təhlükəsizliyi mexanizmi lazımdır- ÖZƏL

İndoneziyanın xarici işlər naziri Sugiiono bildirib ki, BRICS ölkələrinin dayanıqlılığının təmin olunması üçün təşkilat daxilində möhkəm əməkdaşlıq və təhlükəsizlik arxitekturasının qurulmasına ehtiyac var. Olaylar.az xəbər verir ki, nazir bu barədə Nyu-Dehlidə keçirilən BRICS xarici işlər nazirlərinin toplantısı zamanı danışıb. O, "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib ki, görüşdə İndoneziyanın dayanıqlılıq, innovasiya, əməkdaşlıq və davamlı inkişafla bağlı baxışlarını bölüşüb.
Sugiiono vurğulayıb ki, BRICS-in davamlı inkişafı üçün iqtisadi əlaqələri gücləndirən, həmçinin ərzaq və enerji təhlükəsizliyini təmin edən güclü mexanizmlər yaradılmalıdır.
Nazirin sözlərinə görə, BRICS hazırda genişlənməkdə davam edir və "Qlobal Cənub" ölkələrinin daha geniş təmsilçisinə çevrilir. Bu baxımdan o, üzv dövlətləri inkişaf etməkdə olan ölkələrin qlobal dünya nizamının formalaşdırılmasında səsini daha da gücləndirməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31