Gürcüstan və İtaliya parlamentləri arasında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze İtaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Senatında mühüm görüşlər keçirib. Görüşlərdə ikitərəfli parlament əlaqələrinin dərinləşdirilməsi, regional təhlükəsizlik, işğal problemi və Rusiya-Ukrayna müharibəsinin bölgəyə təsirləri əsas müzakirə mövzusu olub. 

Samxaradze Gürcüstanın Avropanın enerji təhlükəsizliyindəki rolunu vurğulayaraq, İtaliya tərəfini rəsmi Tbilisinin Avropaya inteqrasiya prosesini və Brüssel ilə dialoqun bərpasını daha fəal dəstəkləməyə çağırıb. 

İtaliya tərəfi Gürcüstanı mühüm tərəfdaş hesab etdiyini bildirərək, ölkənin Avropa Birliyi ilə münasibətlərinin inkişafına və açıq dialoqa hər cür dəstək verəcəyini təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31