Estoniya Hörmüz boğazına qoşun və ya mina gəmisi göndərə bilər- ÖZƏL
10:19 DünyaEstoniya hökuməti Hörmüz boğazında gəmiçiliyin bərpasını təmin etmək məqsədilə yaradılan beynəlxalq missiyada iştirakın üç variantını nəzərdən keçirir. Olaylar.az xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət televiziya və radio portalı məlumat yayıb.
Məlumata görə, Tallinn qərargah zabitlərinin, sualtı robot qruplarının və ya mina təmizləyən hərbi gəminin missiyaya göndərilməsi imkanlarını müzakirə edir.
Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, yekun seçim kontingentin sayından və hökumətin parlament- Riigikogu ilə aparacağı danışıqların nəticəsindən asılı olacaq. Nazirin sözlərinə görə, əgər söhbət qərargah zabitlərindən gedərsə, onların sayı az olacaq. Sualtı robot komandası göndəriləcəyi halda isə 10 nəfərdən az heyət tələb olunacaq. Mina gəmisinin missiyaya cəlb edilməsi isə daha böyük heyət-40-60 nəfərlik şəxsi heyətin iştirakını zəruri edəcək.
ERR portalı qeyd edir ki, hazırda Estoniya hökuməti hər bir variantın maliyyətini və müttəfiqlərin real ehtiyaclarını araşdırır.
Bundan əvvəl Litva da Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə beynəlxalq koalisiyaya qoşulmaq qərarı verib. Rəsmi Vilnüs bu məqsədlə təxminən 40 hərbçi və mülki mütəxəssis ayırıb.