İran dronları ABŞ üçün əsas təhlükədir - CENTCOM

Müasir İran pilotsuz uçuş aparatları (PUA) Yaxın Şərqdə ABŞ silahlı qüvvələri üçün əsas təhlükə olaraq qalmağa davam edir.

Trend-in məılumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper deyib.

Admiral Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib: "Biz yüksək texnologiyalı pilotsuz aparatların yaratdığı artan təhlükə ilə üzləşirik".

"Onlar reaktiv mühərriklərlə təchiz olunub. Onlarda yüksək texnologiyalı sensorlar var. Onlarda radioelektron mübarizə vasitələri mövcuddur. Onlarda radioelektron kəşfiyyat vasitələri var", - deyə CENTCOM rəhbəri izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31