Özbəkistan Prezidenti Türküstana səfər edəcək
20:36 DünyaÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türküstana işgüzar səfər edəcək.
Olaylar xəbər verir ki, o, Türküstan şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunda qeyri-rəsmi sammitində iştirak edəcək.
Tədbir zamanı təşkilat daxilində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçiriləcək. Xüsusilə, prezidentlər ticari-iqtisadi və investisiya əlaqələrinin dərinləşdirilməsi, ticarət dəhlizlərinin və rəqəmsal infrastrukturun inkişafı, innovativ texnologiyaların tətbiqi məsələlərini müzakirə edəcəklər.
Dövlət başçıları həmçinin mühüm beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Zirvə toplantısından sonra Türküstan Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.