Pakistan yeni uzaqmənzilli raketini uğurla sınaqdan keçirdi

Pakistan Hərbi Hava Qüvvələri "Fatah-4" dəqiq idarəolunan yer-yer tipli qanadlı raketini uğurla sınaqdan keçirib.

Olaylar.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti məlumat verib.

Bildirilib ki, qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz olunmuş "Fatah-4" uzaq məsafələrdəki hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

120-750 km mənzilli "Fatah" raketlərinin əvvəlki sınaqları 2025-ci ilin may-sentyabr aylarında keçirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31