Çin lideri Trampa Hörmüz boğazı ilə bağlı kömək təklif etdi

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinin gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinə kömək təklif etdiyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə o, "Fox News"a verdiyi müsahibədə bildirib.

"Prezident Si razılaşmaq istəyir. Təklif edib ki, əgər hansısa şəkildə kömək edə bilsə, bunu etmək istəyərdi. Baxın, neft alan hər kəsin onlarla əlaqəsi var. O, Hörmüz boğazının açılmasını istəyir", - Amerika lideri vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio bundan əvvəl Donald Trampın Si Cinpinlə danışıqlarında İran məsələsini qaldırdığını, amma ondan heç nə xahiş etmədiyini söyləmişdi:

"Çindən kömək istəməmişik, onların köməyinə ehtiyacımız da yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31