Ərdoğan: Türk dünyasında ən böyük ticari-iqtisadi tərəfdaşımız Qazaxıstandır

"Qazaxıstan türk dünyasında ən böyük ticari-iqtisadi tərəfdaşımıza çevrilib".

Olaylar.az xəbər verir ki, bunu Qazaxıstanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Hörmətli Kasım-Jomart Tokayevin uzaqgörən rəhbərliyi altında Qazaxıstanın iqtisadi sahədəki nailiyyətlərini diqqətlə izləyirik. 2025-ci ildə ölkənin ümumi daxili məhsulu 6,5 faizə çataraq adambaşına 15 000 dollara yaxınlaşıb. Bu gün Qazaxıstanı Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatı kimi tanıyırıq və xarici ticarət dövriyyəsi 145 milyard dollar təşkil edir. Bu artım nəticəsində Qazaxıstan türk dünyasında ən böyük ticari-iqtisadi tərəfdaşımıza çevrilib. Əlbəttə, bununla kifayətlənmirik. Məqsədimiz 15 milyard dollarlıq həddə çatmaqdır", - Rəcəb Tayyib Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31