Ərdoğan Türkiyənin Orta Dəhlizlə bağlı hədəfini açıqladı

"Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı Toplantısı münasibətilə Qazaxıstanda olmaqdan böyük məmnunluq duydum".

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında yazıb.

Dövlət başçısı bildirib ki, Astanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və nümayəndə heyəti ilə görüşlərdə ticarət, nəqliyyat, enerji, səhiyyə, mədənçilik, mədəniyyət, təhsil, texnologiya və müdafiə sənayesi kimi sahələrdə ikitərəfli əməkdaşlığı ətraflı dəyərləndirib.

"Ticarət və investisiya sahələrində münasibətlərimizi multiplikativ təsirlə böyüdən hərbi və müdafiə sənayesində əməkdaşlığımızı daha da irəli aparacaq layihələri də müzakirə etdik. Dünyanın aparıcı xam neft ixracatçılarından olan Qazaxıstandan daha çox həcmdə nefti ölkəmiz üzərindən dünya bazarlarına çatdırmağı arzulayırıq.

Xəzər dənizindən keçən Orta Dəhlizin əhəmiyyəti də hər keçən gün daha yaxşı anlaşılır. Qazaxıstan və digər tərəfdaşlarımızla birlikdə bu dəhlizi yalnız yükdaşımaları üçün deyil, enerji resurslarının Qərbə daşınması üçün də təşviq etməyi davam etdirəcəyik", - Ərdoğan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31