Səudiyyə Ərəbistanı İranla müharibədən sonra regional pakt hazırlayır
18:35 DünyaSəudiyyə Ərəbistanı Yaxın Şərqdəki müttəfiqləri ilə İranı da əhatə edəcək və müharibədən sonra bölgədəki gərginliyin idarə olunmasına kömək edəcək paktı müzakirə edir.
Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadla məlumat yayıb.
Mümkün pakt region ölkələrinin bir-birinə hücumlarının qarşısının alınmasına yönəlib.
Diplomatik mənbələr nəşrə bildiriblər ki, qarşılıqlı hücum etməmə sazişi hazırda nəzərdən keçirilən bir neçə ideyadan sadəcə biridir. Qeyd edilib ki, bir çox Avropa ölkələri və Avropa İttifaqı qurumları Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən bu təşəbbüsü dəstəkləyir və Bəsrə körfəzi regionundakı digər ölkələri də ona qoşulmağa təşviq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31