Qazaxıstan və Türkiyə “Əbədi dostluq” müqaviləsi imzaladı
18:32 DünyaQazaxıstan və Türkiyə arasında "Əbədi dostluq haqqında" müqavilə imzalanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Administrasiyası məlumat yayıb.
Astanada ikitərəfli danışıqlardan və Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasından sonra Prezident Kasım-Jomart Tokayev və Prezident Rəcəb Tayyib Ərdoğan "Qazaxıstan Respublikası ilə Türkiyə Respublikası arasında əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq haqqında" bəyannamə imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31