Veto hüququna qarşı üsyan-Makron BMT-nin əsas qaydasını hədəf aldı

Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının strukturunda köklü islahatların aparılmasının vacibliyini bəyan edib.

Olaylar xəbər verir ki, Fransa lideri Afrikanın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında təmsil olunmasının vaxtının çatdığını bildirib.

Makron mövcud sistemin qeyri-effektivliyinə diqqət çəkərək, veto hüququnun mühüm qərarların qarşısını almasını sərt şəkildə tənqid edib:

"Kütləvi cinayətlər törədildiyi bir vaxtda veto hüququnun BMT-nin fəaliyyətini necə bloklamasına heç kim qanuni əsas tapa bilməz",-deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31