Yermaka falçı ilə ünsiyyət qadağan edildi - ŞOK QƏRAR

Ukrayna Ali Anti-Korrupsiya Məhkəməsi (UAKM) Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka korrupsiya işi çərçivəsində girov müqabilində azadlığa çıxacağı təqdirdə öz şəxsi baxıcısı "Fenşuy" ləqəbli Veronika Anikieviçlə ünsiyyət qurmağı qadağan edib.

Olaylar xəbər verir ki, bu barədə Ukrayna Korrupsiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Mərkəzin "Telegram" kanalında paylaşılan məlumatda qeyd olunur:

"Yeri gəlmişkən, Ali Anti-Korrupsiya Məhkəməsi Yermaka Veronika Anikieviç və bir sıra digər şəxslərlə ünsiyyəti qadağan edib. Təbii ki, bu, girov məbləği ödənildiyi təqdirdə qüvvəyə minəcək".

Xatırladaq ki, bundan əvvəl Ali Anti-Korrupsiya Məhkəməsi Yermak barəsində 140 milyon qrivna girov müqabilində iki aylıq həbs qətimkan tədbiri seçib. Andrey Yermak isə öz növbəsində məhkəmənin bu qərarından apellyasiya şikayəti verəcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31