İranda güclü zəlzələ baş verib

Bu gün İranda yerli vaxtla saat 11:17-də İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5 bal gücündə zəlzələ baş verib.

Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ vilayətin Bərdsir rayonunda 8 km dərinlikdə qeydə alınıb.

Zəlzələ baş verən rayona vəziyyətin dəyərləndirilməsi üçün qüvvələr cəlb olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31