Yunanıstana böhranı zamanı qədim akropolu satmağı təklif ediblər
19:58 DünyaYunanıstanda maliyyə böhranının yaşandığı dövrdə Avropa İttifaqının keçmiş maliyyə nazirlərindən biri Yunanıstana borcunu bağlamaq üçün qədim Akropolu satışa çıxarmağı təklif edib.
Olaylar xəbər verir ki, bu barədə Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker danışıb.
Skai TV kanalının böhranla bağlı "Sto Xiliosto" adlı sənədli filminin bir hissəsində çıxış edən Yunker bildirib ki, bu radikal təklif avrodan istifadə edən Aİ üzvü ölkələrinin maliyyə nazirlərinin toplantısı çərçivəsində səsləndirilib.
O, bu təklifin ciddi şəkildə deyilib-deyilmədiyini açıqlamayıb və onu irəli sürən şəxsin adını çəkməkdən imtina edib. Həmçinin hadisənin dəqiq nə vaxt baş verdiyini də qeyd etməyib.
Qeyd edək ki, Yunker Lüksemburqun baş naziri və maliyyə naziri olaraq 2005-2013-cü illərdə Avro Komissiyasına rəhbərlik edib.