Macarıstanın yeni baş naziri bahalı xidməti avtomobildən imtina edib
19:40 DünyaMacarıstanın yeni Baş naziri Peter Macyar bahalı xidməti avtomobilindən istifadə etmək niyyətində olmadığını bildirib.
Olaylar bu barədə xarici mediaya istinadən xəbər verir.
O, xidməti avtomobil kimi seçkiqabağı kampaniya zamanı ölkə boyu istifadə etdiyi mavi rəngli "Skoda Superb" avtomobilini saxlayacağını deyib.
"Baş nazirin rəsmi avtomobili kimi seçki kampaniyam zamanı ölkə üzrə insanlara yaxşı tanış olan "Skoda Superb"dən istifadə edəcəyəm. Həmçinin rəsmi hökumət iqamətgahına köçməyəcəyəm", - deyə Macyar sosial şəbəkə hesabında bildirib.
Macarıstanın yeni Nazirlər Kabineti fəaliyyətinin ilk günlərindən təvazökarlığı vurğulamağa çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31