NYT: İran raket potensialını sürətlə bərpa edir – ÖZƏL
13:12 DünyaOlaylar.az xəbər verir ki, ABŞ kəşfiyyatının məlumatlarına istinadən "The New York Times" xəbər verir ki, İran ordusu ABŞ-nin kütləvi zərbələrindən sonra Hörmüz boğazındakı 33 raket bazasından 30-nun fəaliyyətini bərpa edib.
Məlumata görə, rəsmi Vaşinqtonun ordunun "məhv edilməsi" barədə bəyanatlarına rəğmən, Tehran raket arsenalının və buraxılış qurğularının təxminən 70%-ni, yeraltı anbarlarının isə 90%-ni qoruyub saxlaya bilib. Atəşkəs rejimindən hərbi potensialını gücləndirmək üçün istifadə edən İrana qarşı Pentaqonun "Gürz" (Sledgehammer) adlı yeni əməliyyata hazırlaşdığı bildirilir. Digər tərəfdən, Tehranın sanksiyaların ləğvi və təzminat tələbi daxil olmaqla irəli sürdüyü 5 şərt Donald Tramp tərəfindən rədd edilib. Bu gərginlik fonunda ABŞ-nin genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmaq ehtimalı artır.