Gürcüstanda ABŞ və müttəfiqlərin iştirakı ilə xüsusi təyinatlı təlimlər başladı- ÖZƏL
13:08 DünyaGürcüstanda ABŞ, Böyük Britaniya, İspaniya, Polşa və Rumıniya xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə çoxmillətli hərbi təlimlər start götürüb. "Troya İzi 2026" adlı təlimlər Muxrovani bazasında keçirilir. Olaylar.az xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, bu, ölkədə artıq dördüncü dəfə təşkil olunan çoxmillətli xüsusi təyinatlı təlimlərdir.
Təlimlərdə Gürcüstanın xüsusi əməliyyat qüvvələri, Milli Qvardiyanın bölmələri və ehtiyat qüvvələr də iştirak edir. Təlimlər ABŞ-ın Avropa Komandanlığının xüsusi əməliyyat qüvvələri və Gürcüstan Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri tərəfindən təşkil olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31