Medvedev: Qərbdəki "dostlar" "Sarmat" raketinin uğurlu buraxılışı ilə Rusiyaya daha da yaxınlaşıblar- ÖZƏL

Dmitri Medvedev Rusiyanın "Sarmat" qitələrarası ballistik raket sisteminin uğurlu sınaqlarından sonra Qərb ölkələrinə sərt və istehzalı mesaj ünvanlayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, tezliklə döyüş növbətçiliyinə qəbul ediləcək "Sarmat" raketinin sınağı Rusiyanın strateji gücünü daha da artırır.
Olaylar.az xəbər verir ki, Medvedev sosial şəbəkə hesabında Rusiya Müdafiə Nazirliyinin yayımladığı sınaq videosuna istinad edərək Qərb ölkələrini "dostlar" kimi adlandırıb və onları "təbrik etdiyini" yazıb:
"Rusiyanın bütün Qərb " dostlarını" Sarmat strateji raket sisteminin uğurlu sınaqları münasibətilə təbrik edirəm."
O, daha sonra ironik tonda əlavə edib: "İndi hamınız bizə daha da yaxınlaşdınız!"
Medvedevin bu açıqlaması Qərblə Rusiya arasında artan gərginlik fonunda yeni ritorik eskalasiya kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31