Kremldən Trampa Moskva dəvəti: Putinlə hələlik Donbas razılığı yoxdur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın Moskvaya səfərinin hələ də gündəmdə olduğunu təsdiqləyib. Kreml sözçüsü Dmitri Peskov mayın 13-də verdiyi açıqlamada Vladimir Putinin amerikalı həmkarına ünvanladığı dəvətin qüvvədə qaldığını bildirib. 

Tramp isə öz növbəsində cari il ərzində Rusiyaya səfər edə biləcəyini istisna etməyib. Buna baxmayaraq, Ağ Ev rəhbəri qeyd edib ki, hazırda Donbas məsələsi ilə bağlı Rusiya lideri ilə hələlik ortaq məxrəcə gəlmək mümkün olmayıb. Bu bəyanatlar fonunda iki ölkə liderinin mümkün görüşü və regional münaqişələrin həlli yolları beynəlxalq birliyin diqqət mərkəzində qalmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31