Antalya meriyasında əməliyyat – 25 nəfər saxlanılıb
12:03 DünyaTürkiyənin Antalya Böyük Şəhər Bələdiyyəsinə qarşı korrupsiya ittihamları üzrə aparılan istintaq çərçivəsində meriyada növbəti əməliyyat-axtarış tədbirləri keçirilib.
Olaylar bildirir ki, bu barədə Türkiyə mediası xəbər verir.
Əməliyyat Antalya meri Muhittin Böcek və onun oğlu Gökhan Böcekdən alınan və CHP-dəki rüşvət şəbəkəsini ifşa edən ifadələr əsasında, Antalya Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.
Əməliyyat çərçivəsində 25 nəfərin saxlanıldığı bildirilir. Şübhəlilərin polis idarəsində istintaq hərəkətlərinin davam etdiyi qeyd olunub.
İstintaqın əhatə dairəsinə dair detallara yaxın saatlarda aydınlıq gətiriləcəyi gözlənilir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31