“Survivor”da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi

Tanınmış iş adamı Acun Ilıcalının prodüseri olduğu məşhur "Survivor Yunanıstan" yarışmasının iştirakçısı Stavros Floros Dominikan Respublikasında ağır qəza keçirib.

Milli.Az xəbər verir ki, hadisə iştirakçı nizə ilə balıq ovu etdiyi zaman qeydə alınıb.

Bildirilir ki, Floros dənizdə olarkən turist qayığı tərəfindən vurulub və ağır xəsarətlər alıb.
Qəza nəticəsində onun bir ayağı amputasiya edilib, digər ayağının topuq nahiyəsi isə ciddi zədələnib. Yarışma iştirakçısına hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

"Survivor" layihəsinin istehsal qrupu açıqlamasında Stavros Florosun vəziyyətinin ağır, lakin stabil olduğunu bildirib. Məlumata görə, hazırda onun həyati təhlükəsi yoxdur.

Hadisədən sonra yarışmanın çəkilişlərinin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib. Qəza ilə bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31