Litva hava məkanının hərbi əməliyyatlar üçün istifadəsinə qəti qadağa qoydu ÖZƏL
13 May 11:18 DünyaLitva Prezidenti Qitanas Nauseda bəyan edib ki, ölkənin hava məkanı heç bir halda qonşu dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadə edilə bilməz.
Olaylar.az xəbər verir ki, prezidentin mətbuat xidmətinin BNS agentliyinə göndərdiyi açıqlamaya görə, Nauseda bu məsələdə "aydın və qəti mövqe" sərgiləyib. Onun sözlərinə görə, "Litva ərazisi heç bir üçüncü dövlət tərəfindən hərbi əməliyyatlar üçün istifadə olunmayıb və bundan sonra da istifadə olunmayacaq".
Nauseda vurğulayıb ki, Litva hava məkanının qanunsuz istifadəsi suverenliyin və beynəlxalq hüququn ciddi pozuntusu sayılacaq. Bu mövqe həm münaqişə tərəflərinə, həm də NATO müttəfiqlərinə çatdırılıb.
Son dövrlərdə regionda Ukraynaya məxsus bəzi pilotsuz uçuş aparatlarının trayektoriyadan çıxaraq Baltik ölkələri, o cümlədən Litva ərazisinə düşməsi ilə bağlı insidentlər qeydə alınıb.