Serbiya və NATO-dan tarixi birgə hərbi təlim – ÖZƏL
11:09 DünyaOlaylar.az xəbər verir ki, Serbiya tarixində ilk dəfə olaraq NATO ölkələri ilə birgə hərbi təlimlərə başlayıb. Respublika Müdafiə Nazirliyinin məlumatına görə, "NATO-Serbiya" adlı taktiki təlimlərdə Serbiya, İtaliya, Rumıniya və Türkiyədən 600-ə yaxın hərbçi iştirak edir. Mayın 23-dək davam edəcək təlimlərə bir sıra Qərb ölkələrindən olan müşahidəçilər də qatılıb.
Polkovnik Branislav Stevanoviçin rəhbərliyi ilə keçirilən manevrlərin əsas məqsədi tərəflər arasında təcrübə mübadiləsi aparmaq və birgə fəaliyyət imkanlarını gücləndirməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31