“Zelenskinin hakimiyyətdə qalmaq şansı yoxdur”- Medvedçukdan sərt ittihamlar- ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı həm ABŞ, həm də Avropadan təzyiqlərin artdığı iddia olunur. Olaylar.az xəbər verir ki, bu fikri "Digər Ukrayna" hərəkatının rəhbəri, fəaliyyəti qadağan edilmiş "Müxalifət Platforması-Həyat Naminə" partiyasının keçmiş lideri Viktor Medvedçuk səsləndirib.
Medvedçuk hərəkatın rəsmi saytında yayımlanan məqaləsində bildirib ki, son dövrlərdə gündəmə gələn "Mindich lentləri", Prezident Ofisinin rəhbəri Andrey Yermak ətrafında yaranmış vəziyyət və Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelin açıqlamaları Ukrayna liderinə qarşı hücumların gücləndiyini göstərir.
Onun sözlərinə görə, Zelenskinin hakimiyyətdə qalmaq üçün artıq alternativi yoxdur və ona qarşı müxtəlif istiqamətlərdən aparılan kampaniya gözlənilən idi.
"Yermaka qarşı şübhələrin səsləndirilməsi zaman məsələsi idi. Zelenski onu hakimiyyətə gətirən hər kəsi satır", - deyə Medvedçuk vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31