İspaniya XİN: Avropa İttifaqının vahid ordusu yaradılmalıdır – ÖZƏL
13 May 10:36 DünyaOlaylar.az xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares "Politico" qəzetinə müsahibəsində Avropa İttifaqının (Aİ) öz vahid ordusunu və ümumi müdafiə potensialını yaratmalı olduğunu bildirib.
Nazir qeyd edib ki, Avropa hər səhər ABŞ-nin növbəti addımının nə olacağı sualı ilə oyanmamalıdır. Albaresin sözlərinə görə, Avropa və ABŞ arasındakı fikir ayrılıqları fonunda bu addım artıq zərurətə çevrilib. O, həmçinin vurğulayıb ki, Aİ-nin hərbi gücünün artırılması NATO-nu zəiflətmək məqsədi daşımır, çünki İspaniya ABŞ-ni Avropanın tarixi müttəfiqi hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31